2 uşaq anası intihar etdi


Dünya 15 İyn 2019 10:52:00 202 0

2 uşaq anası intihar etdi

Son günlər gənclər arasında populyarlaşan Tik Tok tətbiqinə görə daha bir ölüm hadisəsi baş verib.

Son.az Hindustan Times-ə istinadla xəbər verir ki, Hindistanın Tamil Nadu ştatının Ariyalur şəhərində yaşayan 24 yaşlı qadın intihar edib.

Anitha adlı qadın Tik Tok-a görə özünü öldürüb. O, özünü öldürməzdən əvvəl video çəkərək ərindən onun iki uşağına baxmağı xahiş edib.

Qadın əri onu Tik Tok-da çox vaxt keçirdiyi üçün danladığına və ona proqrama daxil olmağı qadağan etdiyinə görə özünü öldürüb.

O, həşərat dərmanı içərək canına qəsd edib. Ariyalur mərkəzi xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.


Xəbərə aid foto