Tünzalə: "Xəstə olduğum üçün məni xınaya çağırmırlar"


Şou-biznes 15 İyn 2019 10:19:00 217 0

Tünzalə: "Xəstə olduğum üçün məni xınaya çağırmırlar"

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva artıq xına məclislərinə dəvət edilmədiyini söyləyib.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktrisa biznesinin bağlandığını deyib:

"Xəstəliyim olan gündən xınalara çağırmadılar. Yəqin, valideynlər deyir ki, bu xəstə gəlib bizə nə arzu edəcək? Ayaqüstəyəm, danışa bilirəm. Təkcə saçım yoxdur. Nə olsun? Toya gedirsən ən az 5 nəfərin başında parikdir. Onsuz xınada yaylıq örtürəm. Yenə də onları qınamıram. Amma bu iş məndə bağlandı. Əminəm ki, xəstəliklə bağlı oldu".