Binəqədidə 3 otaqlı ev yanıb


Digərləri 15 İyn 2019 10:01:00 177 0

Binəqədidə 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Bakı. Bakıda 3 otaqlı evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında 10 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.