Xəzərdə bir nəfərin meyiti tapıldı,


Digərləri 15 İyn 2019 09:57:00 206 0

Xəzərdə bir nəfərin meyiti tapıldı,

Xəzər dənzində çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər batma təhlükəsindən xilas edilib. Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, ötən gün FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Paytaxtın Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.