Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı


Digərləri 15 İyn 2019 09:36:00 195 0

Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.