Qayda pozan sürücü YPX maşınına çırpıldı


Digərləri 15 İyn 2019 09:07:50 296 0

Qayda pozan sürücü YPX maşınına çırpıldı

Səhər saatlarında paytaxtın Nizami rayonu Şirin Mirzəyev küçəsində ağır yol qəzası baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Məmmədov İmran Nazim oğlu idarə etdiyi "Nissan" markalı minik maşını ilə hərəkətdə olarkən "Yol ver" nişanının tələbini pozub və əsas yola çıxıb.

Nəticədə avtomobil digər yolla hərəkətdə olan 99-YP-459 dövlət nömrə nişanlı Yol Patrul Xidmətinə (YPX) məxsus "BMW" markalı maşına çırpılıb. Hadisə zamanı YPX inspektoru və digər avtomobildə olan sürücü İ.Məmmədov xəsarət alıb.

Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.