“Gmail” elektron poçt xidmətində məktublar interaktiv olacaq


Digərləri 15 İyn 2019 08:59:00 280 0

“Gmail” elektron poçt xidmətində məktublar interaktiv olacaq

"Google" şirkəti "Gmail" elektron poçtunda dinamik məzmun üzərində aparılan işləri başa çatdırmaq üzrədir. Bu funksiya kənar resursa keçmədən müxtəlif əməliyyatlar (anketi doldurmaq, internet mağazasında sifariş etmək və ya mehmanxana saxlamaq) etməyə imkan verəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Accelerated Mobile Pages" (sürətləndirilmiş mobil səhifələr texnologiyası) texnologiyasına əsaslanan yeni funksiya iyulun 2-dən etibarən bütün istifadəçilər üçün aktiv olacaq.