Bakıda yol qəzası: 2si uşaq olmaqla 5 nəfər yaralandı


Digərləri 15 İyn 2019 08:48:00 210 0

Bakıda yol qəzası: 2si uşaq olmaqla 5 nəfər yaralandı

Bakının Nizami rayonunda iki avtomobil toqquşub, beş nəfər yaralanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, metronun "Qara Qarayev" stansiyası yaxınlığında "BMW" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillər arakəsməyə çırpılıb.

Qəza zamanı yaralanan 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 23 yaşlı Bilalov Azər Aydın oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Rəhmanova sağ ayağın sınığı, sağ baldırın əziyi, A.Bilalova isə göz qapağının əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

"Mercedes" markalı avtomobildə olan 7 yaşlı İsmayılova Xədicə Ramil qızı və onun qardaşı 3 yaşlı İsmayılov Turqay Ramil oğlu və 1985-ci il təvəllüdlü Qurbanova Sitarə Novruz qızı isə təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı araşdırma aparılır.