Belarusdan ölüm hökmünü ləğv etmək tələb olundu


Dünya 15 İyn 2019 08:30:00 196 0

Belarusdan ölüm hökmünü ləğv etmək tələb olundu

Avropa İttifaqı (Aİ) Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edirlər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Maya Kosyançiç bəyan edib.

Qurumdan bildirilib ki, bu cəza növü Ümumi Bəyannamədə insanın yaşama hüququ ilə bağlı hissəni pozur, eləcə də Minskin beynəlxalq öhdəliklərinə ziddir. Bundan savayı, Aİ istənilən halda ölüm hökmünün verilməsinə qəti etiraz edir və ölüm cəzasının ləğvində ilk addım kimi  Belarusu bu hökmə moratorium tətbiq etməyə səsləyib.

Xatırladaq ki, iyunun 13-də Belarusda üç nəfərin öldürülməsində təqsirli bilinən Aleksandr Jilnikov edam olunmuşdu.