Mexiko yaxınlığında vulkan 5 kilometr hündürlüyə kül püskürüb
Dünya 15 İyn 2019 08:33:00 219 0
Meksikanın paytaxtı Mexiko yaxınlığında yerləşən Popokatepetl vulkanı 5 kilometr hündürlüyə kül püskürüb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Meksikanın Milli Mülki Müdafiə İdarəsinin "Twitter" səhifəsində deyilir.
Bildirilir ki, vulkanın kül püskürməsi əhali üçün təhlükəli deyil.
Qeyd edək ki, Popokatepetl vulkanı Mexikodan 70 kilometr aralıda yerləşir və Meksikanın ən böyük və aktiv olan vulkanları arasında daxil olur.
Mənbə: milli.az