Osakada keçiriləcək G20 sammiti 25 mindən artıq polisin nəzarəti altında olacaq


Dünya 15 İyn 2019 08:40:00 217 0

Osakada keçiriləcək G20 sammiti 25 mindən artıq polisin nəzarəti altında olacaq

Osakada iyunun 28-29-da keçiriləcək "Böyük iyirmilər" qrupunun sammitində 25 mindən artıq polis təhlükəsizliyi təmin edəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, antiterror əməliyyatlarının aparılması və kütləvi iğtişaşların yatırılması üçün hazırlıq görmüş xüsusi təyinatlı döyüşçülər də daxil olmaqla Osakaya artıq Yaponiyanın hər yerindən polislər gəliblər.

Osakada sammit zamanı nəqliyyatın işinə də məhdudiyyət qoyulacağı gözlənilir.

Təşkilatçıların hesablamalarına görə, "iyirmili"yin liderlərinin görüşü müddətində şəhərə delaqasiyaların üzvləri və jurnalistlər də daxil olmaqla, 30 min insan gələcək.