Moskvaya uçan təyyarə Əlcəzairdə məcburi eniş edib


Dünya 15 İyn 2019 08:13:00 206 0

Moskvaya uçan təyyarə Əlcəzairdə məcburi eniş edib

Əlcəzairin "Air Algerie" aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, Əlcəzair-Moskva reysini həyata keçirən təyyarə texniki nasazlıq səbəbindən hava limanında geri dönmək məcburiyyətində qalıb.

Bildirilir ki, təyyarə iki saat ərzində hava olub və heyətin komandiri uçuşun dava etdirilməsinə maneə ola biləcək nasazlığı aşkar etdikdən sonra hava limanında dönmək qərarını qəbul edib.