Beynəlxalq Muğam Mərkəzin səhnəsində caz əhvalı davam edir (FOTO)


Digərləri 15 İyn 2019 02:34:22 251 0

Beynəlxalq Muğam Mərkəzin səhnəsində caz əhvalı davam edir (FOTO)

“Baku Summer Jazz Days” festivalı günlərində dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi davam edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində paytaxtımızda bir ənənəyə çevrilmiş “Baku Summer Jazz Days” festivalı günlərində dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi davam edir. Trend-in məlumatına görə, iyunun 12-də Muğam Mərkəzində İsrailin virtuoz kontrabasçısı Adam Ben Ezranın triosu çıxış etdi. Çox zaman solo ifa ilə tamaşaçıların görüşünə gələn musiqiçi Bakıda trio ilə çıxış etməyi qərarlaşdırıb. Adam tamamilə fərqli bir tərzdə kontrabasda ifası ilə diqqət çəkir, stereotipləri yararaq maraqlı şou ilə tmaşaçıların görüşünə gəlir. Bu şouda fundamental musiqi elementləri, caz ənənələri, həm də klassik musiqi motivləri dinamik şəkildə sintez edilib. Musiqiçi kontrabasda bir neçə texnikanı eyni anda istifadə etməklə təəccüb yarada bilir. Konsertdən əvəl çıxış edən İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberq festivalı bir sənət bayramı adlandırdı. Bildirdi ki, bu festivalda İsrailli musiqiçilərin iştirakı ölkələrimiz arasında mədəniyyətin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. İşimin ən gözəl tərəflərindən biri də budur ki, zamanla həm Azərbaycan həm də İsrailin sənət dünyası ilə bağlı biliklərimi daha da artırırram. Festivalın işinə uğurlar arzulayıram vəbu yay festivalında iştirakımızdan məmnunluğumu ifadə edirəm.