Ana ilə qızının intiharının TƏFƏRRÜATI


Digərləri 14 İyn 2019 23:43:00 76 0

Ana ilə qızının intiharının TƏFƏRRÜATI

Bu gün Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində ana və qızının özlərini yaşadıqları binanın 10-cu mərtəbəsindən atması hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

Son.az xəbər veir ki, hadisədən bir neçə dəqiqə əvvəl İsmayıl Abdullayev qızı ilə birgə alış-verişdən gəlib.

Bir neçə torbanı yaşadıqları evə qaldıran Xədicə Abdullayeva heç kimin gözləmədiyi halda qəfil özünü pəncərədən atıb. Qonşuların bildirdiyinə görə, hadisə vaxtı məhəllədə Hacı adı ilə tanınan İsmayıl Abdullayev də evdə olub. Sakinlər hadisə yerində vəfat edən Xədicənin üstünü pərdə ilə örtmək istəyərkən onun anası Rübabə Abdullayevanın da özünü atdığını görüblər.

Qadın qızının yanında yerə düşərək hadisə yerində keçinib. Məlumata görə, intihar edən Xədicə Abdullayeva ailəli olub və 5 yaşlı qızı varmış. O bir müddət imiş ki, müalicə alırmış və bu məqsədlə Gürcüstanda və İsraildə xəstəxanalarda olub. Sinir xəstəliyindən əziyyət çəkən X.Abdullayeva bu günlərdə yeni müalicə kursu götürübmüş. Onun anası Rübabə Abdullayevada isə son vaxtlar onkoloji xəstəlik aşkarlanıbmış. Xəstəlik səbəbindən qadında psixoloji sarsıntılar müşahidə edilirmiş. O, son vaxtlar əsasən rayonda olsa da, müalicəsi ilə əlaqədar Bakıya gəlibmiş.

Sakinlər onu da bildiriblər ki, İ.Abdullayev yaşadığı binada qızı və oğlu üçün ayrı-ayrı mənzillər alıb və onlar ayrılıqda yaşayıb. Vəfat edən ana və qızının dəfn mərasimi Goradildə keçiriləcək.

Qeyd edək ki, hadisə vaxtı X.Abdullayevanın həyat yoldaşı Bakıda olmayıb. Ona xəbər yolda, yəni paytaxta gələrkən verilib. Mərhumun 5 yaşlı qızı isə hadisə vaxtı bağçada olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. (publika.az)

Azərbaycan nefti bahalaşdı like
  • 14 İyn 23:34  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti bahalaşdı like
  • 14 İyn 23:30  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Keçmiş mer həbs edildi like
  • 14 İyn 23:03  
Dünya Keçmiş mer həbs edildi

Ryazanın keçmiş meri Sergey Karabasov həbs olunub. 

arrow Ətraflı
Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb like
  • 14 İyn 22:58  
Dünya Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb

Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid

arrow Ətraflı
Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb like
  • 14 İyn 22:53  
Digərləri Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb

Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid

arrow Ətraflı