Keçmiş mer həbs edildi


Dünya 14 İyn 2019 23:03:00 246 0

Keçmiş mer həbs edildi

Ryazanın keçmiş meri Sergey Karabasov həbs olunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Basman məhkəməsinin mətbuat katibi Yunon Tsarev məlumat verib.

Külli miqdarda dələduzluqda ittiham olunan sabiq mer 2 ay müddətinə azadlıqdan məhrum edilib. Karabasova ittiham 5 milyon rubl dəyərində uşaq meydançasının tikilməsində yol verilən xətalar üzrə araşdırma zamanı irəli sürülüb. 

Bununla bağlı ONF forumunun iştirakçılarından biri Rusiya prezidenti Vladimir Putinə müraciət edib. 2017-ci ildən administrasiya rəhbəri vəzifəsini icra edən Karabasov 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. 


Xəbərə aid foto