Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb


Digərləri 14 İyn 2019 22:53:18 179 0

Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb

Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib

Bakı. Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Berlin şəhər polis idarəsinin "Twitter" səhifəsində deyilir. Məlumatda bildirilir: "Mitte rayonunda aşkar edilən İkinci dünya müharibəsinə aid bomba bu gün zərərsizləşdirilməlidir. Hazırda polis əməkdaşları lazımi hazırlıqla məşğuldurlar".