"Yetim qalan uşaqlığımı da onunla birlikdə böyütdüm" FOTO


Digərləri 14 İyn 2019 22:35:00 37 0

"Yetim qalan uşaqlığımı da onunla birlikdə böyütdüm"  FOTO

Türkiyənin məşhur aktyoru Mehmet Aslantuğ "Buket Aydın ile 40" verilişində qonaq olub.

Son.az xəbər verir ki, "İdeal türk kişisi" kimi tanınan film ulduzu şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib.

- Atasız böyümək sizə nə verdi və nələri aldı?

- Oğlum Can doğulduqdan sonra yetim qalan uşaqlığımı da onunla birlikdə böyütdüm. Beləliklə, intuitiv davranlı olduğumu düşündüm və elə hərəkət etdim. Ata-oğul münasibətlərinə şahid oluruq, bu barədə yazılmış yüzlərlə kitablar və sözlər var. Lakin bu, 2+2=4 etmir. Sadəcə atasız böyümədim. 78-ci illərin uşaqları ilə maraqlı bir iqlimdə böyüdük. Başqa çətinliklər yaşadıq və indi də çətinliklərdən azad deyilik. Üstəlik yetimlik... İnsan sıxılanda sual verməsə belə, bəzi sualların cavabını ata fiqurundan tapması həyatın böyük bir səxavətidir. Mən bu səxavətdən məhrum oldum.

Atamı itirdikdən sonra balaca bir qəsəbəyə köçdük. Uşaqlıqda ən çox nifrət etdiyim şey "Kimin oğlusan" sualı idi. "Tanımarsınız" deyib sualdan yayınırdıq. Uşaqlıq illərim qəsəbə mühitində keçib. Səbr etməyi və mətanətli olmağı öyrəndik. Ata-oğul və ya ata-qız münasibətlərinə baxanda içimdə qısqanclıq hissi yaşadığımı xatırlamıram. Özümü bu hissi keçirərkən yaxalamadım. Atasızlığın məndən nələr aldığını və vurduğu travmaları öyrənmək üçün bir psixoloqla oturub danışsam, üzə çıxarar. Mən onları üzə çıxara bilmərəm, hər halda mütləq ki, təsiri vardır.

- Arzum xanımın xəstəliyi münasibətlərinizdə nəyi dəyişdi?

- 2004 və 2006-cı illər idi, Arzum çox mətanətli insandır. Bunu təkcə mən yox, dostları da təsdiq edir. Son 15 ildə heykəltəraşlıqla məşğul olması, söhbətlərimiz və yaşa dolması nəticəsində daha da yetkinləşdi. Eşq həqiqətən də inkişaf edə bilir. Hər məhəbbətin içində savaş var və eşq bəzən savaş qədər mürəkkəbdir.

Kişilərin belə bir vəziyyətdə qadınlardan uzaqlaşmaq üçün səbəb və bəhanə axtardığını düşünənlərdən deyiləm. Əsl yoldaşlıq budur. "Sıxıntımız olanda buna birlikdə sinə gərəcək və daha çox əl-ələ tutacağıq" deyə bilməmək üçün nə səbəb ola bilər ki? Bizim bir qədər daha çox səy göstərməyə ehtiyacımız var. Cinsiyyətindən asılı olmayaraq deyirəm. Səy və səmimiyyət bir çox problemləri həqiqətən də çözür.

4 yaşlı uşağı it dişlədi like
  • 14 İyn 22:26  
Digərləri 4 yaşlı uşağı it dişlədi

Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

arrow Ətraflı
Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO) like
  • 14 İyn 22:10  
Digərləri Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO)

Caspian Europian Club-ın üzvləri işgüzar məqsədlə Ulduz Şokolad Fabriki

arrow Ətraflı
Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir like
  • 14 İyn 22:08  
Dünya Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir

İsveçrə federal hökumətin iqtisadçı mütəxəssisləri 2019-cu ildə ölk

arrow Ətraflı
Bakıda 15 yaşlı oğlan dənizdə batdı  Anası sərxoş olub like
  • 14 İyn 22:04  
Digərləri Bakıda 15 yaşlı oğlan dənizdə batdı Anası sərxoş olub

Bakının Şıxov çimərliyində bədbəxt hadisə baş verib.

arrow Ətraflı