Daş olan öd kisəsinin çıxarılması xəstəni insultdan xilas edir ALİMLƏR


Digərləri 14 İyn 2019 22:44:00 259 0

Daş olan öd kisəsinin çıxarılması xəstəni insultdan xilas edir  ALİMLƏR

Öd kisəsində daşların olması həmin şəxs üçün insult riskini də artırır. Bunu Tayvan Memorial Hospitalın alimləri bildirib.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstədə, xüsusən yaşlı insanda insult riskini azaltmaq üçün öd kisəsinin çıxarılması çox əhəmiyyətlidir. 

Öddə daşla insultun əlaqəsinin olması çoxdan tibbə məlumdur.  Alimlər son tədqiqatlarında 310 min nəfər öd daşı xəstəliyi olan pasiyentin tibbi məlumatlarını araşdırıb.

Onların yarısı öd kisəsinin əməliyyatını keçirmişdilər. 12 il ərzində bu adamlardan 19,1 min nəfəri insult keçirdi. Onlar öd kisəsini əməliyyat etdirməmişdilər. 11 min nəfəri isə əməliyyat olunanlar idi. 

Deməli, belə qənaətə gəlinib ki, öd kisəsi götürülən insanlarda insult olma riski 40% azalır.