Uzun yaşamağın sirlərini açıqlayırıq: bu ədviyyatlardan mütləq istifadə edin!


Digərləri 14 İyn 2019 22:22:00 63 0

Uzun yaşamağın sirlərini açıqlayırıq: bu ədviyyatlardan mütləq istifadə edin!

Xüsusi ətri və faydaları ilə bir-birindən fərqlənən ədviyyatlar dünya mətbəxində geniş istifadə edilir. Lakin ədviyyatları miqdarından çox istifadə etmək olmaz. Bir çimdik ədviyyat orqanizmi az qala yeniləyir, iltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur. Son.az medicina.az-a istinadən bu dəfə ədviyyatın bəzi növləri və onların faydalarını oxucuları ilə bölüşəcək.

1. Oreqano və yaxud Qaraqınıq     Bu ədviyyatsız italyan mətbəxini təsəvvür etmək mümkün deyil. Oreqano təkrarolunmaz dadı olması ilə yanaşı, həm də unikal müalicəvi effektə malikdir. Faydalı xüsusiyyətləri     •    sinir sistemini sakitləşdirir •    yüksək antibakterial xüsusiyyətə malikdir •    mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır •    sidikqovucu və ödqovucu təsir göstərir •    immuniteti möhkəmləndirir •    güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.

Harda istifadə etmək olar?     1. Qayğanaqda 2. Tərəvəzli şorbalarda 3. Pizzalarda 4. Salatlar üçün ədviyyat kimi 5. Souslarda 6. İkinci yeməklərdə

2. Rozmarin     Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indi də bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq" üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.   Faydalı xüsusiyyətləri:   •     stres və əsəb gərginliyini götürməyə yardımçı olur •     ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir •     soyuqdəyməni müalicə edir •     iltihab əleyhinə, antioksidan, antidepressiv, ödqovucu kimi xassələrə malikdir     Harda istifadə etmək olar:   1. Ət yeməklərində 2. Balıq yeməklərində 3. Marinadlarda 4. Bitki çaylarında

3. Kəklikotu     Çox faydalı bitkidir. Antioksidant xüsusiyyətinə görə E vitamininə bərabərdir.   Faydalı xüsusiyyətləri:   •    tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir; •    immuniteti möhkəmləndirir; •    iş görmə fəaliyyətini artırır; •    prostatitin inkişafına mane olur; •    cinsi zəifliyi aradan qaldırır.     Harda istifadə etmək olar:   1. Salatlar 2. Şorbalar 3. Qovurma yeməklərdə 4. Yumurtadan hazırlanan bütün yeməklərdə 5. Souslarda

Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO) like
  • 14 İyn 22:10  
Digərləri Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO)

Caspian Europian Club-ın üzvləri işgüzar məqsədlə Ulduz Şokolad Fabriki

arrow Ətraflı
Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir like
  • 14 İyn 22:08  
Dünya Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir

İsveçrə federal hökumətin iqtisadçı mütəxəssisləri 2019-cu ildə ölk

arrow Ətraflı
Bakıda 15 yaşlı oğlan dənizdə batdı  Anası sərxoş olub like
  • 14 İyn 22:04  
Digərləri Bakıda 15 yaşlı oğlan dənizdə batdı Anası sərxoş olub

Bakının Şıxov çimərliyində bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Bakı metrosunda vaqonda like
  • 14 İyn 21:18  
Digərləri Bakı metrosunda vaqonda

Bakı metrosunda vaqonda problem yaranıb.

arrow Ətraflı