4 yaşlı uşağı it dişlədi


Digərləri 14 İyn 2019 22:26:00 57 0

4 yaşlı uşağı it dişlədi

Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Höytala kənd sakini, 2015-ci il təvəllüdlü Seyidəhməd Abdulla oğlu Xiniyev it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 4 yaşlı S. Xiniyevə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub. Azyaşlıya lazımi tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtiylə evə buraxılıb. 

Daha bir it dişləməsi faktı isə rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Həlmət Abdulqadir qızı Əhmədova xəstəxanaya müraciət edib. İt onu sağ əlindən dişləyib. Xəstəxanada H. Əhmədovaya lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra qadın evə buraxılıb.

Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO) like
  • 14 İyn 22:10  
Digərləri Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO)

Caspian Europian Club-ın üzvləri işgüzar məqsədlə Ulduz Şokolad Fabriki

arrow Ətraflı
Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir like
  • 14 İyn 22:08  
Dünya Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir

İsveçrə federal hökumətin iqtisadçı mütəxəssisləri 2019-cu ildə ölk

arrow Ətraflı
Bakıda 15 yaşlı oğlan dənizdə batdı  Anası sərxoş olub like
  • 14 İyn 22:04  
Digərləri Bakıda 15 yaşlı oğlan dənizdə batdı Anası sərxoş olub

Bakının Şıxov çimərliyində bədbəxt hadisə baş verib.

arrow Ətraflı