Ağdaşdan Bakıya qonaq gələn 50 yaşlı kişi itkin düşdü


Digərləri 14 İyn 2019 22:30:00 210 0

Ağdaşdan Bakıya qonaq gələn 50 yaşlı kişi itkin düşdü

Bakıda 50 yaşlı kişi itkin düşüb.

Bakı. Samir Əli - Bakıda 50 yaşlı kişi itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Ağdaş rayonundan Bakıya qonaq gəlmiş, 1969-cu il təvəllüdlü İsgəndərov Cavanşir Əjdər oğlu Bakının Xətai rayonu, Salmani küçəsi, ev 5, mənzil 23-də yaşayan qohumunun evinə qonaq gəlib. İyunun 12-də o həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.