Yaponiyada 2018ci ildə alpinistlərlə bağlı hadisələrin sayı rekord həddə çatıb


Dünya 14 İyn 2019 22:17:00 238 0

Yaponiyada 2018ci ildə alpinistlərlə bağlı hadisələrin sayı rekord həddə çatıb

Yaponiyada 2018-ci ildə dağa qalxmağı sevən həvəskar idmançılarla bağlı rekord sayda müxtəlif hadisələr baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Polis İdarəsinin yaydığı məlumata görə, ötən il 3129 nəfər həvəskar alpinist müxtəlif hadisələrlə qarşılaşıb.

Bildirilir ki, bu, 2017-ci illə müqayisədə 18 nəfər çoxdur və həmin statistikanın aparılmağa başladığı 1961-ci ildən bəri ən yüksək göstəricidir.

Polisin bildirdiyinə görə, 60 və daha yuxarı yaşlı həvəskar alpinistlərlə baş verənlər ümumi sayın yarıdan çoxunu təşkil edir.

Bununla yanaşı, həlak olan və ya itkin düşən alpinistlərin sayı 12 nəfər azalaraq 342-yə bərabər olub.