Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO)


Digərləri 14 İyn 2019 22:10:36 244 0

Bir qrup iş adamı Ulduz Şokolad Fabrikində işgüzar səfərdə olub (FOTO)

Caspian Europian Club-ın üzvləri işgüzar məqsədlə Ulduz Şokolad Fabrikini ziyarət edib, şirkət rəhbərliyi ilə görüşə qatılıb.

Bakı. Caspian Europian Club-ın üzvləri işgüzar məqsədlə Ulduz Şokolad Fabrikini ziyarət edib, şirkət rəhbərliyi ilə görüşə qatılıb. Trend-in məlumatına görə, hər zaman “Açıq qapı” siyasəti ilə fəaliyyət göstərən Ulduz Şokolad Fabriki bu dəfə ölkənin nüfuzlu şirkətlərinin üzv olduğu Caspian Europian Club-ın nümayəndələrini qəbul edib. 14 iyun tarixində baş tutan görüşə Club-dan 20-dən çox nümayəndə qoşulub. Açılış sözünü söyləyən fabrik direktoru Ələddin İsmayılov iştirakçıları salamlayaraq, onlara göstərdikləri maraq və təşəbbüs üçün təşəkkürlərini bildirib. Ardınca fabrikin nümayəndələri tərəfindən qonaqlara şirkətin tarixi, fəaliyyəti, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib, həmçinin məhsullarda istifadə olunan xammalların keyfiyyəti, ixracat əməkdaşlıqları kimi müxtəlif suallar cavablandırılıb. Daha sonra infotur iştirakçıları istehsal sahəsinə daxil olaraq, istehsal prosesi, istehsal xətləri ilə tanış olub, hətta yerindəcə istehsal olunan məhsullardan dadmaq imkanı əldə ediblər.