Dünya şöhrətli aktyorun qızlara etdiyi maraqlı hərəkəti FOTO


Digərləri 14 İyn 2019 21:59:00 303 0

Dünya şöhrətli aktyorun qızlara etdiyi maraqlı hərəkəti  FOTO

Xeyriyyəçi kimi tanınan aktyor Kianu Rivz qız pərəstişkarlarına qarşı etdiyi hərəkəti ilə dünya mətbuatının gündəmindədir.

Son.az xəbər verir ki, bir neçə ay əvvəl "Con Uik 3" filmi ilə tamaşaçıların görüşünə gələn aktyor onunla şəkil çəkdirmək istəyən fanatlarına əsla toxunmur. Alicənablığı və xeyriyyəçiliyi ilə sevilən artist bədən təması qurmağı xoşlamır. Rivz onlara toxunaraq narahat etmək istəmir.

Bu fakt 54 yaşlı aktyorun fanatları ilə çəkilən şəkillərdə öz əksini tapıb. Aktyorun bu hərəkəti tanımadığı insanlarla məsafəli olmağı sevməsi ilə izah edilir.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Los-Ancelesdə Xbox üçün aktyorun baş qəhrəman olduğu "Cyberpunk 2077"-in yeni kompüter oyununun nümayişi olub. Bu oyun sosial şəbəkələrdə böyük maraq doğurub.


Xəbərə aid fotolar