Yaponiyada "ördəkrobot" düyü əkininə yardım edir


Digərləri 14 İyn 2019 21:41:00 212 0

Yaponiyada "ördəkrobot" düyü əkininə yardım edir

Yaponiyanin şimal-şərqində Yamaqata prefekturasındakı düyü tarlalarında alaq otlarını məhv etmək məqsədilə "ördək-robot"dan istifadə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Nissan" avtomobil şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan robot iki vinti vasitəsilə su dolu torpağı qarışdıraraq alaq otlarının fotosintez prosesinə mane olur.

Təqribən 60 santimetr ölçüdə, kvadratşəkilli "ördək-robot" 1,5 kiloqram ağırlığındadır. Bu robot Qlobal Mövqetəyinetmə Sistemindən (GPS) istifadə edərək düyü tarlasında hərəkət edir. Robotun yaradılmasında məqsəd düyü istehsalı zamanı pestisidlərdən istifadənin qarşısını almaqdır.