Prospektdə avtomobil yanıb Tıxac var


Digərləri 14 İyn 2019 21:09:00 219 0

Prospektdə avtomobil yanıb  Tıxac var

Bakıda avtomobil yanıb.

Son.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb.

Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir.

Qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.