Bakıda təcili yardım avtomobilinin iştirakı ilə zəncirvari qəza, yaralılar var


Digərləri 14 İyn 2019 21:18:00 178 0

Bakıda təcili yardım avtomobilinin iştirakı ilə zəncirvari qəza, yaralılar var

Bakıda zəncirvari yol qəzası baş verib

Bakı. Samir Əli - Bakıda zəncirvari yol qəzası baş verib. Trend-in məlumatəna görə, hadisə paytaxtın Heydər Əliyev prospektində baş verib. "BMW" markalı avtomobil Səhiyyə Nazirliyinin Tədris Cərrahiyyə Klinikasına məxsus təcili yardım avtomobili ilə toqquşub. Hadisə nəticəsində qəza törədən avtomobillər yolda hərəkətdə olan daha iki.maşına çırpılıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Hazırda yolda güclü tıxac yaranıb.