İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi başa çatıb


Digərləri 14 İyn 2019 20:41:00 69 0

İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi başa çatıb

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi iyunun 14-də başa çatıb.

Bakı. Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi iyunun 14-də başa çatıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, üç gün davam edən tədbirdə dünyanın 91 ölkəsindən 500-ə qədər nümayəndə - gömrük orqanları, biznes və elm dairələri, beynəlxalq təşkilatlar, informasiya texnologiyaları sahəsində ixtisaslaşan, eləcə də gömrük işində tətbiq edilən texniki nəzarət vasitələrinin istehsalçısı olan şirkətlərin təmsilçiləri iştirak edib. Konfransda informasiya texnologiyalarının tətbiqi ilə ticarətin, gömrük və sərhədkeçmə prosedurlarının sürətləndirilməsinə dair beynəlxalq gömrük ailəsi üçün aktual olan məsələlər müzakirə olunub. Konfrans çərçivəsində keçirilən plenar sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər və gələcəyə yönələn nəqliyyat mövzularında təqdimatlar nümayiş edilib. Plenar sessiyalarda blokçeyn texnologiyasının biznes aləti kimi istifadəsi zamanı zəruri olan məsələlər və atılacaq addımlar nəzərdən keçirilib, ticarətin təhlükəsizliyinin təmin edilməsi və asanlaşdırılması üçün qabaqcıl texnologiyalardan istifadə və digər məsələlər müzakirə olunub. Eyni zamanda, tədbirin fəxri qonağı iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Erik Maskin xüsusi məruzə ilə çıxış edib. Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyi xarici dövlətlərin gömrük orqanları, biznes dairələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə 10-a yaxın ikitərəfli görüş keçirib. Bu görüşlərdə qonaqlar Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətləri, konfransın yüksək səviyyədə təşkil olunmasını və Azərbaycan gömrük orqanları ilə əməkdaşlığın gücləndirilməsinini vacibliyini xüsusi vurğulayıblar. Bununla yanaşı, tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin “Maersk” və “IBM” şirkətlərinin birgə hazırladıqları, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan “TradeLens”ə qoşulmasına dair sənəd imzalanıb və blokçeyn texnologiyasının tətbiqinə başlanıb. Konfransın sonuncu iş günündə “Daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər” və “Gələcəyə yönəlmiş nəqliyyat sahəsi” mövzularında plenar sessiyalar keçirilib, eyni zamanda, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev motivasiya xarakterli çıxış edib.
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu like
  • 14 İyn 20:30  
Digərləri Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il za

arrow Ətraflı
Meray Kerinin intim görüntüləri ÜZƏ ÇIXDI  +18  FOTO like
  • 14 İyn 20:25  
Digərləri Meray Kerinin intim görüntüləri ÜZƏ ÇIXDI +18 FOTO

Məşhur dünya ulduzu Meray Kerinin intim görüntüləri üzə çıxıb.

arrow Ətraflı
Lənkəranda “Son zəng” qəzası: like
  • 14 İyn 20:20  
Digərləri Lənkəranda “Son zəng” qəzası:

Lənkəranda "Son zəng" günündə məzun xəstəxanaya düşüb.

arrow Ətraflı
Unibank filialları bayram günü işləyəcək like
  • 14 İyn 20:17  
Digərləri Unibank filialları bayram günü işləyəcək

Əhalinin bank məhsul və xidmətlərinə tələbatını qarşılamaq üçün

arrow Ətraflı
Tailandda Denge qızdırması epidemiyası elan olundu like
  • 14 İyn 20:10  
Dünya Tailandda Denge qızdırması epidemiyası elan olundu

Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub.

arrow Ətraflı
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu like
  • 14 İyn 20:06  
Digərləri Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il za

arrow Ətraflı
Məşhurlar yeni FOTOlarını yaydılar like
  • 14 İyn 20:04  
Şou-biznes Məşhurlar yeni FOTOlarını yaydılar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edilib like
  • 14 İyn 20:01  
Siyasət İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və

arrow Ətraflı
Bakıda 3 məzun dənizdə boğuldu  FOTO like
  • 14 İyn 20:00  
Digərləri Bakıda 3 məzun dənizdə boğuldu FOTO

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

arrow Ətraflı
Milli Parkda məzunları gözləyənlər məyus oldular  FOTO like
  • 14 İyn 19:57  
Digərləri Milli Parkda məzunları gözləyənlər məyus oldular FOTO

Bildiyimiz kimi bu gün ölkənin bütün ümumtəhsil məktəblərində "S

arrow Ətraflı
Ailəsi KASIB OĞLANA vermək istəmədi, like
  • 14 İyn 19:51  
Dünya Ailəsi KASIB OĞLANA vermək istəmədi,

Hindistanın Qərbi Benqaliya ştatında film kimi sevgi əhvalatı baş verib.

arrow Ətraflı
Tailandda Denge qızdırması epidemiyası elan olundu like
  • 14 İyn 19:50  
Digərləri Tailandda Denge qızdırması epidemiyası elan olundu

Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub

arrow Ətraflı