Deputat: Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində aparılan köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu


Digərləri 14 İyn 2019 20:29:39 54 0

Deputat: Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində aparılan köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bütün sahələrdə aparılan köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu

Bakı. Elçin Mehdiyev – Azərbaycanın müstəqilliyinin ilk dövründə ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına çəkib aparmışdı. Müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ölkədə xaosun yaranması, özbaşınalığın hökm sürməsi, real vətəndaş qarşıdurmasına səbəb olmuş, müstəqilliyimizi süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi: “Hətta həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”... Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər - Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi”. N.Həmzəyev vurğulayıb ki, ümummilli lider ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi: “Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrdə aparılan köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi. Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Azərbaycan bugünkü dinamik inkişafına məhz Milli Qurtuluş yolundan keçərək nail olub". Deputat əlavə edib ki, son illər ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində, şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib: "Həyata keçirilən islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, dinamik inkişafa təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu gün qüdrətli Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır. Əlbəttə, bütün bunlar ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi, Milli Qurtuluş Gününün bəhrələridir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Meray Kerinin intim görüntüləri ÜZƏ ÇIXDI  +18  FOTO like
  • 14 İyn 20:25  
Digərləri Meray Kerinin intim görüntüləri ÜZƏ ÇIXDI +18 FOTO

Məşhur dünya ulduzu Meray Kerinin intim görüntüləri üzə çıxıb.

arrow Ətraflı
Lənkəranda “Son zəng” qəzası: like
  • 14 İyn 20:20  
Digərləri Lənkəranda “Son zəng” qəzası:

Lənkəranda "Son zəng" günündə məzun xəstəxanaya düşüb.

arrow Ətraflı
Unibank filialları bayram günü işləyəcək like
  • 14 İyn 20:17  
Digərləri Unibank filialları bayram günü işləyəcək

Əhalinin bank məhsul və xidmətlərinə tələbatını qarşılamaq üçün

arrow Ətraflı
Tailandda Denge qızdırması epidemiyası elan olundu like
  • 14 İyn 20:10  
Dünya Tailandda Denge qızdırması epidemiyası elan olundu

Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub.

arrow Ətraflı
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu like
  • 14 İyn 20:06  
Digərləri Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il za

arrow Ətraflı
Məşhurlar yeni FOTOlarını yaydılar like
  • 14 İyn 20:04  
Şou-biznes Məşhurlar yeni FOTOlarını yaydılar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edilib like
  • 14 İyn 20:01  
Siyasət İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və

arrow Ətraflı
Bakıda 3 məzun dənizdə boğuldu  FOTO like
  • 14 İyn 20:00  
Digərləri Bakıda 3 məzun dənizdə boğuldu FOTO

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

arrow Ətraflı
Milli Parkda məzunları gözləyənlər məyus oldular  FOTO like
  • 14 İyn 19:57  
Digərləri Milli Parkda məzunları gözləyənlər məyus oldular FOTO

Bildiyimiz kimi bu gün ölkənin bütün ümumtəhsil məktəblərində "S

arrow Ətraflı
Ailəsi KASIB OĞLANA vermək istəmədi, like
  • 14 İyn 19:51  
Dünya Ailəsi KASIB OĞLANA vermək istəmədi,

Hindistanın Qərbi Benqaliya ştatında film kimi sevgi əhvalatı baş verib.

arrow Ətraflı
Tailandda Denge qızdırması epidemiyası elan olundu like
  • 14 İyn 19:50  
Digərləri Tailandda Denge qızdırması epidemiyası elan olundu

Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub

arrow Ətraflı
Novruz Məmmədov Əfqanıstanın icra rəisi ilə görüşüb (FOTO) like
  • 14 İyn 19:44  
Digərləri Novruz Məmmədov Əfqanıstanın icra rəisi ilə görüşüb (FOTO)

Baş Nazir Novruz Məmmədov Əfqanıstan İslam Respublikasının icra rəisi A

arrow Ətraflı