Lənkəranda “Son zəng” qəzası:


Digərləri 14 İyn 2019 20:20:00 205 0

Lənkəranda “Son zəng” qəzası:

Lənkəranda "Son zəng" günündə məzun xəstəxanaya düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində təhlükəli idarəetmə qəzaya səbəb olub. Nəticədə avtomobildə olan 4 məzundan biri - 18 yaşlı Adil Məmməd oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyulub. Hazırda A.Həsənzadənin reanimasiya şöbəsində müalicəsi davam edir.

Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ 2107" markalı taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsini Rövşən adlı şəxs idarə edib. Sürücü avtomobillə təhlükəli manevrlər etdikdən sonra maşın yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.