Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib


Digərləri 14 İyn 2019 19:28:36 49 0

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi aşağıdakı redaksiyada verilir:

"Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

462.2. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.".

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

Bakıda 83 yaşlı qadın itkin düşdü like
  • 14 İyn 19:27  
Digərləri Bakıda 83 yaşlı qadın itkin düşdü

Bakıda yaşlı qadın itkin düşüb

arrow Ətraflı
Birinci qızı, sonra ana özünü atıbmış... like
  • 14 İyn 19:23  
Digərləri Birinci qızı, sonra ana özünü atıbmış...

"Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverd

arrow Ətraflı
Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib like
  • 14 İyn 19:20  
Digərləri Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

arrow Ətraflı
La Liqa klubunda yeni baş məşqçi like
  • 14 İyn 19:18  
İdman La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın Girona klubunun yeni baş məşqçisi məlu

arrow Ətraflı
Rusiyada hərbi poliqonda yanğın like
  • 14 İyn 19:11  
Digərləri Rusiyada hərbi poliqonda yanğın

Rusiyanın Voronej vilayətində hərbi poliqonda yanğın baş verib.

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub like
  • 14 İyn 19:08  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun Milli Qurtuluş günü ilə

arrow Ətraflı
Murad Köhnəqala azadlığa buraxıldı like
  • 14 İyn 19:08  
Digərləri Murad Köhnəqala azadlığa buraxıldı

Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb.

arrow Ətraflı
KOBlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb  FOTO like
  • 14 İyn 19:06  
Digərləri KOBlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb FOTO

Kiçik və orta biznes subyektləri üçün Azərbaycan Respublikasının Kiçik

arrow Ətraflı
Ruhani: "Rusiya və İran daha da yaxınlaşmalıdır" like
  • 14 İyn 19:02  
Dünya Ruhani: "Rusiya və İran daha da yaxınlaşmalıdır"

Rusiya və İran daha sıx əməkdaşlıq etməlidir.

arrow Ətraflı
“Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO) like
  • 14 İyn 19:00  
Digərləri “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Beynəlxalq Əmək Təş

arrow Ətraflı
Türkmənbaşı velosiped sürəsürə atəş açdı  VİDEO like
  • 14 İyn 18:57  
Dünya Türkmənbaşı velosiped sürəsürə atəş açdı VİDEO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə sə

arrow Ətraflı
Serbiya ordusu Kosovaya hücuma hazırdır like
  • 14 İyn 18:53  
Dünya Serbiya ordusu Kosovaya hücuma hazırdır

Beynəlxalq ictimaiyyət Kosovada yaşayan serbləri qorumasa, Serbiya oraya qo

arrow Ətraflı
Azərbaycanla Rusiya Samur çayının su ehtiyatları ilə bağlı protokol imzalayıb  FOTO like
  • 14 İyn 18:48  
Digərləri Azərbaycanla Rusiya Samur çayının su ehtiyatları ilə bağlı protokol imzalayıb FOTO

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti a

arrow Ətraflı
"RAND" korporasiyasının proqnozları: like
  • 14 İyn 18:44  
Siyasət "RAND" korporasiyasının proqnozları:

Amerikanın "RAND" analitik mərkəzi yeni hesabat təqdim edib. Orada

arrow Ətraflı