Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib FOTO


Digərləri 14 İyn 2019 19:29:00 73 0

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib  FOTO

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 7-ci iclası keçirilib. İclasda 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" çərçivəsində görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. 

Son.az xəbər verir ki, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində bu müddət ərzində layihələr hazırlanıb, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün vacib addımlar atılıb. Qeyri-rəsmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Komissiya sədri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qeyri-formal məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir, bir sıra normativ hüquqi aktlar qəbul edilib, qanunvericiliyə təklif olunmuş bir sıra dəyişikliklər isə müzakirə mərhələsindədir. Komissiyanın səmərəli fəaliyyəti nəticəsində ölkə üzrə əmək müqavilələri bildirişlərinin və aktiv fiziki şəxs fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib. Ölkə üzrə 2019-cu ilin ilk 5 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 96 min 109 artım müşahidə olunub, əmək müqavilələrinin sayı artaraq 1 iyun tarixinə 1milyon 498 min 174 müqavilə bildirişi təşkil edib. Cari ilin ilk 5 ayında, həmçinin fiziki şəxs olan fərdi sahibkarların sayında da artım olub, 2019-cu ilin 1 iyun tarixinə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 19 min 283 artaraq 380 min 284-ə çatıb. Komissiyaya üzv olan aidiyyəti qurumların fəaliyyəti nəticəsində və respublikanın şəhər və rayonlarında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub.

Sonra "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib. "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icra statusu barədə Dövlət Başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul edilib. İclasda, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək üçün təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub. İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.


Xəbərə aid fotolar

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib like
  • 14 İyn 19:28  
Digərləri Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

arrow Ətraflı
Bakıda 83 yaşlı qadın itkin düşdü like
  • 14 İyn 19:27  
Digərləri Bakıda 83 yaşlı qadın itkin düşdü

Bakıda yaşlı qadın itkin düşüb

arrow Ətraflı
Birinci qızı, sonra ana özünü atıbmış... like
  • 14 İyn 19:23  
Digərləri Birinci qızı, sonra ana özünü atıbmış...

"Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverd

arrow Ətraflı
Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib like
  • 14 İyn 19:20  
Digərləri Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

arrow Ətraflı
La Liqa klubunda yeni baş məşqçi like
  • 14 İyn 19:18  
İdman La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın Girona klubunun yeni baş məşqçisi məlu

arrow Ətraflı
Rusiyada hərbi poliqonda yanğın like
  • 14 İyn 19:11  
Digərləri Rusiyada hərbi poliqonda yanğın

Rusiyanın Voronej vilayətində hərbi poliqonda yanğın baş verib.

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub like
  • 14 İyn 19:08  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun Milli Qurtuluş günü ilə

arrow Ətraflı
Murad Köhnəqala azadlığa buraxıldı like
  • 14 İyn 19:08  
Digərləri Murad Köhnəqala azadlığa buraxıldı

Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb.

arrow Ətraflı
KOBlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb  FOTO like
  • 14 İyn 19:06  
Digərləri KOBlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb FOTO

Kiçik və orta biznes subyektləri üçün Azərbaycan Respublikasının Kiçik

arrow Ətraflı
Ruhani: "Rusiya və İran daha da yaxınlaşmalıdır" like
  • 14 İyn 19:02  
Dünya Ruhani: "Rusiya və İran daha da yaxınlaşmalıdır"

Rusiya və İran daha sıx əməkdaşlıq etməlidir.

arrow Ətraflı
“Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO) like
  • 14 İyn 19:00  
Digərləri “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Beynəlxalq Əmək Təş

arrow Ətraflı
Türkmənbaşı velosiped sürəsürə atəş açdı  VİDEO like
  • 14 İyn 18:57  
Dünya Türkmənbaşı velosiped sürəsürə atəş açdı VİDEO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə sə

arrow Ətraflı
Serbiya ordusu Kosovaya hücuma hazırdır like
  • 14 İyn 18:53  
Dünya Serbiya ordusu Kosovaya hücuma hazırdır

Beynəlxalq ictimaiyyət Kosovada yaşayan serbləri qorumasa, Serbiya oraya qo

arrow Ətraflı
Azərbaycanla Rusiya Samur çayının su ehtiyatları ilə bağlı protokol imzalayıb  FOTO like
  • 14 İyn 18:48  
Digərləri Azərbaycanla Rusiya Samur çayının su ehtiyatları ilə bağlı protokol imzalayıb FOTO

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti a

arrow Ətraflı