“Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 14 İyn 2019 19:00:00 62 0

“Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyinin qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda təşkil edilmiş inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyinin qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda təşkil edilmiş inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Gülarə Xudiyeva da iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanın BƏT-lə geniş əməkdaşlıq gündəliyinin mövcud olduğunu, BƏT-in 100 illik yubileyinin ölkəmizdə də qeyd edildiyini diqqətə çatdırıb. O, bildirib ki, bununla əlaqədar nazirliyin müvafiq tədbirlər Planı üzrə keçirilən tədbirlərdən biri kimi, Bakının Binəqədi rayonundakı Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin və Səbail rayonundakı Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin yuxarı siniflərinin şagirdləri arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi təşkil olunub. Müsabiqənin mövzusu da BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq müəyyən edilib. M.Kərimli qeyd edib ki, müsabiqə yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin diqqətinin əmək sahəsinə yönəldilməsi, onların əmək bazarında gedən proseslər, gələcək karyeraları, hansı peşələrə, ixtisaslara yiyələnmək istəkləri və s. barədə düşüncələrini ifadə etmələri məqsədini daşıyıb. Əvvəlcədən iştirakçılara əmək bazarında mövcud meyllər, iqtisadiyyatda innovativ yanaşmaların, müasir texnologiyaların tətbiqinin getdikcə genişlənməsi, habelə qeyri-neft sektorunun inkişafı şəraitində əmək bazarında peşə və ixtisaslara olan tələblərlə bağlı məlumatlar verilib. 70-ə yaxın şagirdin könüllülük prinsipi əsasında iştirak etdikləri müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən artıq müəyyən edilib. Q.İsaqzai və Y.Həmzəyev çıxış edərək, belə bir müsabiqənin keçirilməsinin gənclərin diqqətinin əmək bazarında baş verən proseslərə diqqətinin artırılması, onların öz gələcək karyeraları barədə daha aydın və məqsədyönlü planlar düşünmələri baxımından faydalı olduğunu qeyd ediblər.
Türkmənbaşı velosiped sürəsürə atəş açdı  VİDEO like
  • 14 İyn 18:57  
Dünya Türkmənbaşı velosiped sürəsürə atəş açdı VİDEO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə sə

arrow Ətraflı
Serbiya ordusu Kosovaya hücuma hazırdır like
  • 14 İyn 18:53  
Dünya Serbiya ordusu Kosovaya hücuma hazırdır

Beynəlxalq ictimaiyyət Kosovada yaşayan serbləri qorumasa, Serbiya oraya qo

arrow Ətraflı
Azərbaycanla Rusiya Samur çayının su ehtiyatları ilə bağlı protokol imzalayıb  FOTO like
  • 14 İyn 18:48  
Digərləri Azərbaycanla Rusiya Samur çayının su ehtiyatları ilə bağlı protokol imzalayıb FOTO

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti a

arrow Ətraflı
"RAND" korporasiyasının proqnozları: like
  • 14 İyn 18:44  
Siyasət "RAND" korporasiyasının proqnozları:

Amerikanın "RAND" analitik mərkəzi yeni hesabat təqdim edib. Orada

arrow Ətraflı
Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verdi, like
  • 14 İyn 18:39  
Kriminal Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verdi,

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda t

arrow Ətraflı
Rusiyada hərbi poliqonda yanğın like
  • 14 İyn 18:36  
Digərləri Rusiyada hərbi poliqonda yanğın

Rusiyanın Voronej vilayətində hərbi poliqonda yanğın baş verib

arrow Ətraflı
Azərbaycan XİN Fransanın Qrenobl inzibati məhkəməsinin qərarını alqışlayır like
  • 14 İyn 18:35  
Siyasət Azərbaycan XİN Fransanın Qrenobl inzibati məhkəməsinin qərarını alqışlayır

Xarici İşlər Nazirliyi Mətbuat Xidməti idarəsi Fransanın Qrenobl inzibati

arrow Ətraflı
Emin Rüstəmov özü özünü oğurlatdırdı  VİDEO like
  • 14 İyn 18:30  
Kriminal Emin Rüstəmov özü özünü oğurlatdırdı VİDEO

Rusiyanın "Rosneft" neft şirkətinin məhkəmə departamentinin əm

arrow Ətraflı
Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub like
  • 14 İyn 18:28  
Digərləri Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən 15 iyun -

arrow Ətraflı
Liqa 1-də mövsümün ilk turunun təqvimi açıqlandı like
  • 14 İyn 18:28  
İdman Liqa 1-də mövsümün ilk turunun təqvimi açıqlandı

Fransa Liqa 1-də 2019/20 mövsümünün ilk turunun tə

arrow Ətraflı
Türkiyədə sərnişin təyyarəsi batıb like
  • 14 İyn 18:25  
Dünya Türkiyədə sərnişin təyyarəsi batıb

Türkiyənin Ədirnə sahillərində İbricə limanı yaxınlığında "Air

arrow Ətraflı
ADU rektoru Rumıniya səfiri ilə görüşüb (FOTO) like
  • 14 İyn 18:23  
Digərləri ADU rektoru Rumıniya səfiri ilə görüşüb (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik K

arrow Ətraflı
Çində körpü çökdü: avtomobillər çaya düşdü like
  • 14 İyn 18:21  
Dünya Çində körpü çökdü: avtomobillər çaya düşdü

Çinin cənubundakı Quandun əyalətində körpünün çökməsi nəticəsində

arrow Ətraflı
Əli Əhmədov: "Azərbaycanın müasir tarixi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlaqəlidir" like
  • 14 İyn 18:16  
Siyasət Əli Əhmədov: "Azərbaycanın müasir tarixi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlaqəlidir"

Azərbaycanın müasir tarixi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakim

arrow Ətraflı