Türkiyədə sərnişin təyyarəsi batıb


Dünya 14 İyn 2019 18:25:00 232 0

Türkiyədə sərnişin təyyarəsi batıb

Türkiyənin Ədirnə sahillərində İbricə limanı yaxınlığında "Airbus A330" sərnişin təyyarəsi batıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə heç də qəza nəticəsində olmayıb. Belə ki, təyyarə vilayətin sahil mühafizə xidməti tərəfindən sualtı turizmin inkişaf etdiriliməsi məqsədilə bilərəkdən batırılıb.

Təyyarənin batırıldığı ərazidə suyun dərinliyinin 30 metr olduğu qeyd edilir.

Gələn həftədən başlayaraq artıq bu ərazidə turistlər üçün dayvinq xidmətlərinin təklif olunacağı bildirilir.


Xəbərə aid fotolar