ADU rektoru Rumıniya səfiri ilə görüşüb (FOTO)


Digərləri 14 İyn 2019 18:23:00 259 0

ADU rektoru Rumıniya səfiri ilə görüşüb (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor yaxın tarixlərdə Rumniyaya səfərin nəzərdə tutulduğunu deyib. Rektor universitetin Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. O, universitetdə rumın dili öyrənən tələbələrin tədris proqramlarının genişləndiriləcəyini bildirib. Universitet rəhbəri görüşlərdə səsləndirilən təklif və ideyaların layihə formasında təqdim olunmasını məqsədəuyğun hesab edib və qeyd edib ki, bu, qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə zəmin yaradacaqdır. Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku əməkdaşlığın inkişafında rektor Kamal Abdullanın dəstəyini, tələbə və müəllimlərə olunan köməkliyi yüksək qiymətləndirib. Səfir ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışında iştirak edən Rumıniyanın Baş nazirinin müavini Ana Birçalın həmin səfərdən çox razı qaldığını, xoş təəssürat və xatirələrlə geri döndüyünü diqqətə çatdırıb.