Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub


Digərləri 14 İyn 2019 18:28:56 49 0

Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Bakı. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müvəkkilin Gəncə Regional Mərkəzi Daşkəsən rayonu Heydər Əliyev mərkəzində, Cəlilabad Regional Mərkəzi Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində, Şəki Regional Mərkəzi Mingəçevir şəhərində, Oğuz rayonunda və Şəkidəki 20 saylı tam orta məktəbdə, Quba Regional Mərkəzi isə öz ofisində Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçiriblər. Tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və bələdiyyə orqanlarının, QHT-lərin nümayəndələri, çoxsaylı fəal gənclər, müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak edib. Adı çəkilən regional mərkəzlərin rəhbərləri ilk olaraq tədbir iştirakçılarını Ombudsmanın adından salamlayaraq onları 15 iyun - Milli Qurtuluş Günü və qarşıdan gələn 18 iyun - İnsan Hüquqları Günü münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıblar. Milli Qurtuluş Gününün tarixi, Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində gördüyü işlər, o cümlədən ölkəmizdə insan hüquqlarının təsbiti və təmini sahəsində atdığı qəti addımlar, imzaladığı strateji dövlət proqramları barədə məlumat verilib. Bildirilib ki, 15 iyun 1993-cü il tarixindən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regional və dünya miqyasında Azərbaycanın nüfuzu ildən-ilə daha da artır, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün strateji sahələrdə olduğu kimi, dövlət idarəçiliyində, insan hüquqlarının müdafiəsində, məhkəmə-hüquq və başqa islahatların dərinləşdirilməsində yeni innovativ yanaşmaların tətbiqi genişlənir. Azərbaycan bir çox ölkələrə öz təcrübəsi ilə örnək kimi tanınır.
Liqa 1-də mövsümün ilk turunun təqvimi açıqlandı like
  • 14 İyn 18:28  
İdman Liqa 1-də mövsümün ilk turunun təqvimi açıqlandı

Fransa Liqa 1-də 2019/20 mövsümünün ilk turunun tə

arrow Ətraflı
Türkiyədə sərnişin təyyarəsi batıb like
  • 14 İyn 18:25  
Dünya Türkiyədə sərnişin təyyarəsi batıb

Türkiyənin Ədirnə sahillərində İbricə limanı yaxınlığında "Air

arrow Ətraflı
ADU rektoru Rumıniya səfiri ilə görüşüb (FOTO) like
  • 14 İyn 18:23  
Digərləri ADU rektoru Rumıniya səfiri ilə görüşüb (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik K

arrow Ətraflı
Çində körpü çökdü: avtomobillər çaya düşdü like
  • 14 İyn 18:21  
Dünya Çində körpü çökdü: avtomobillər çaya düşdü

Çinin cənubundakı Quandun əyalətində körpünün çökməsi nəticəsində

arrow Ətraflı
Ruhani: Rusiya və İran daha da yaxınlaşmalıdır like
  • 14 İyn 18:15  
Digərləri Ruhani: Rusiya və İran daha da yaxınlaşmalıdır

Rusiya və İran daha sıx əməkdaşlıq etməlidir

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 14 İyn 18:12  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

İyunun 18-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Qobustanda yanğın davam edir: like
  • 14 İyn 18:04  
Digərləri Qobustanda yanğın davam edir:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Şahzadənin bacısı qulluqçuya ayaqlarını öpdürdü like
  • 14 İyn 18:03  
Dünya Şahzadənin bacısı qulluqçuya ayaqlarını öpdürdü

Fransanın paytaxtı Parisdəki evində qulluqçusunu döymə əmri verdiyi iddi

arrow Ətraflı
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb (FOTO) like
  • 14 İyn 18:00  
Digərləri KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi

arrow Ətraflı
Bu universitetdə saathesabı əməkhaqqı məbləğləri artırıldı like
  • 14 İyn 17:58  
Digərləri Bu universitetdə saathesabı əməkhaqqı məbləğləri artırıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyət

arrow Ətraflı
Qobustanda yanğın davam edir - İki helikopter cəlb olunub like
  • 14 İyn 17:54  
Digərləri Qobustanda yanğın davam edir - İki helikopter cəlb olunub

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

arrow Ətraflı