Şahzadənin bacısı qulluqçuya ayaqlarını öpdürdü


Dünya 14 İyn 2019 18:03:00 291 0

Şahzadənin bacısı qulluqçuya ayaqlarını öpdürdü

Fransanın paytaxtı Parisdəki evində qulluqçusunu döymə əmri verdiyi iddia edilən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın bacısı barədə həbs qərarı verilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, şahzadə Həssa bin Salman üçün bu qərar onun 2016-cı ildə Parisdəki mənzilində baş vermiş olayın ortaya çıxmasından sonra qəbul olunub.

Məlumata görə, qulluqçu təmizlədiyi otağın fotolarını çəkib, bundan qəzəblənənən şahzadə Həssas onu döymə əmrini verib. Şahzadə fotoları sosial şəbəkədə paylaşmaq üçün satmaq niyyətində olduğunu iddia etdiyi qulluqçusunu xüsusi mühafizəçisinə döydürüb.

İddiaya görə, əlləri arxadan bağlanan qulluqçu qadın sifətinə zərbə vurulduqdan sonra bağışlanmaq üşün şahzadə Həssanın ayaqlarını öpüb.

Olaydan sonra Fransa mediası qulluqçunun məsələni gizlətmək üçün 8 günlük məzuniyyətə çıxdığını yazıb. Qadını döyən mühafizəçi isə 2016-cı ildə zorakılıq tətbiq etmə və qanunsuz silah saxlama ittihamı ilə həbs olunub.