Qobustanda yanğın davam edir - İki helikopter cəlb olunub


Digərləri 14 İyn 2019 17:54:00 248 0

Qobustanda yanğın davam edir - İki helikopter cəlb olunub

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.