ADU-da Milli Qurtuluş Günü qeyd olunub (FOTO)


Digərləri 14 İyn 2019 17:15:00 81 0

ADU-da Milli Qurtuluş Günü qeyd olunub (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) “15 iyun - Milli Qurtuluş günü” qeyd olunub.

Bu xəbəri də oxu: Manatın məzənnəsi

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) “15 iyun - Milli Qurtuluş günü” qeyd olunub. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla 15 iyun tarixində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışının qeyd olunduğunu deyib: “Bu bayramın adı ilə mahiyyəti üst-üstə düşür. Bizim tələbələrimizə həmin günlərin ab-havasını təqdim etmək o qədər də asan deyil. Çünki bu, artıq inanılmaz bir hal kimi qəbul edilə bilər. 1990-cı ildən sonra Azərbaycanın müstəqilliyə doğru başına gələn müsibətlər və bu istiqamətdə Azərbaycanı bataqlığa, uçuruma doğru addımların atılması onu göstərdi ki, bütün millət, xalq bu ağır vəziyyətdən çıxmaq yollarını axtarır. Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə gətirilməsi bütün xalqın ən ümdə arzusu idi. Həmin dövrlərdə xalq Ulu öndərin gəlişini gözləyirdi. Və Heydər Əliyev gəldi, Azərbaycanı uçurumun önündən qaytardı. İlk səfərləri hərbi hissələrə oldu, qarşı-qarşıya duran insanları sakitləşdirdi, onun nüfuzu, hörməti Azərbaycanın bütöv şəkildə xaotik vəziyyətdən çıxmasına kifayət etdi. Heydər Əliyevin hakimiyyəti dövründə bir çox qayıdışları olub. Ulu öndərin ən möhtəşəm qayıdışı Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz onun simasında Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə qayıdışını, dəst-xəttini, ruhunu, nəfəsini günbəgün görürük, hiss edirik. Elə düşünürəm ki, Azərbaycan vətəndaşı bugünkü rahatlığa, əhval-ruhiyyəyə, ölkənin bugünkü inkişafına, rifahına görə Ulu öndərə minnətdardır və minnətdar olaraq qalacaqdır. Onun qayıdışı millətimizi xilas yoluna çıxardı, ölkəmizin bu cür addımlamasına şərait yaratdı. O zamanlar Bakıda asudə şəraitdə gəzmək qeyri-mümkün idi. Heydər Əliyev bunun çıxış yolunu tapdı, addım-addım, səbrlə Azərbaycan həqiqətlərini dünyaya tanıtdı. Azərbaycan ətrafında həmin zamanlarda süni məngənə yaradılırdı. Bunun qarşısını alan və buna ilk növbədə zərbə vuran məhz Heydər Əliyev oldu. Biz ona bu gün, sözün həqiqi mənasında, səmimi qəlbdən minnətdar olmalıyıq. Universitetimiz bu vəfa borcunu həyata keçirir, biz hər addımımızda onun adına, tövsiyələrinə, nəsihətlərinə layiq olmağa çalışırıq. Hamınızı bu bayram münasibətilə təbrik edirəm”.
Çində körpü çökdü - Avtomobillər çaya düşdü like
  • 14 İyn 17:10  
Digərləri Çində körpü çökdü - Avtomobillər çaya düşdü

Çinin cənubundakı Quandun əyalətində körpünün çökməsi nəticəsində

arrow Ətraflı
Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı: like
  • 14 İyn 17:09  
Dünya Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı:

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuva

arrow Ətraflı
Yasamalda daha bir qəza like
  • 14 İyn 17:08  
Digərləri Yasamalda daha bir qəza

Bakıda iki maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Böyük Britaniyanın ən yaşlı sakini vəfat etdi like
  • 14 İyn 17:04  
Dünya Böyük Britaniyanın ən yaşlı sakini vəfat etdi

Böyük Britaniyanın ən yaşlı sakini vəfat edib.

arrow Ətraflı
İyunun 18-nə manatın məzənnəsi like
  • 14 İyn 17:03  
Digərləri İyunun 18-nə manatın məzənnəsi

İyunun 18-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Qan verərək dəstək oldular like
  • 14 İyn 17:00  
Digərləri Qan verərək dəstək oldular

Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan &quo

arrow Ətraflı
Ajda Pekkanın möhtəşəm villası MUZEYƏ ÇEVRİLDİ like
  • 14 İyn 16:57  
Digərləri Ajda Pekkanın möhtəşəm villası MUZEYƏ ÇEVRİLDİ

Türkiyənin məşhur sənətçisi iki il əvvəl Bahçeköyde 1000 kvadrat metr

arrow Ətraflı
Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı - Ölən və yaralanan var like
  • 14 İyn 16:55  
Digərləri Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı - Ölən və yaralanan var

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuva

arrow Ətraflı
Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb like
  • 14 İyn 16:49  
Kriminal Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsas

arrow Ətraflı
Qəbələdə 8 subartezian quyusu qazılıb like
  • 14 İyn 16:45  
Digərləri Qəbələdə 8 subartezian quyusu qazılıb

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əh

arrow Ətraflı
Masallıda 6 otaqlı ev yanıb like
  • 14 İyn 16:44  
Digərləri Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb.

arrow Ətraflı
Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı like
  • 14 İyn 16:41  
Digərləri Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızın

arrow Ətraflı