Qan verərək dəstək oldular


Digərləri 14 İyn 2019 17:00:00 270 0

Qan verərək dəstək oldular

Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan "Mətanət A" şirkəti Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırır.

Şirkət ətraf mühitin qorunması, gənc kadrların inkişafı, eləcə də idman, mədəniyyət, təhsil və humanitar aksiyalara daim dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.

Bu gün şirkətdə daha bir humanitar aksiya baş tutub. Şirkət əməkdaşları 14 iyun Ümumdünya Qan Donorları Günü münasibətilə qan veriblər. Aksiyada könüllülük əsasında şirkətin 40-a yaxın əməkdaşı iştirak edib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, bu "Mətanət A" şirkətində ilk qanvermə aksiyası deyil. Bu kimi tədbirlər şirkətdə davamlı olaraq keçirilir. Şirkət Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman sosial-humanitar layihələrin tərkib hissəsi olmaqla öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri davam etdirəcək.


Xəbərə aid fotolar