Mətbuat Şurasının təşəbbüsü ilə «Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru» mövzusunda konfrans keçirilib (FOTO)


Digərləri 14 İyn 2019 16:52:00 64 0

Mətbuat Şurasının təşəbbüsü ilə «Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru» mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü lə reallaşdırılmış toplantı 15 iyun Milli Qurtuluş Gününə həsr olunub.

Bakı. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru» mövzusunda konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü lə reallaşdırılmış toplantı 15 iyun Milli Qurtuluş Gününə həsr olunub. Şuradan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin qurtuluş tarixidir. Bu, ideoloji bir hadisədir. Çünki Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Xalqla dövlət arasında möhkəm bağ yaratdı. İnsanlarda dövlətin əbədiyaşarlığına inam formalaşdırdı. «Heydər Əliyevi böyük dövlət xadimi və milsilsiz siyasətçi kimi xarakterizə edən cəhətlər həddən artıq çoxdur. Biz onun böyüklüyünün jurnalistikaya, jurnalistlərə münasibətdə görünən tərəflərindən bəhs etmək üçün toplaşmışıq. O, jurnalistikanın missiyasına müstəsna dəyər verirdi. Medianın funksiya və vəzifələrini dövlət idarəçiliyi baxımından uzlaşdırmağı məharətlə bacaran, dünya tarixinin gördüyü çox az siyasətçilərdən idi», - deyən Ə.Amaşov vurğulayıb ki, ulu öndərin kütləvi informasiya vasitələrinə diqqət və qayğısı dövlət siyasətində də özünü göstərirdi. Şura sədri çıxışında həmçinin 1998-ci ildə senzuranın aradan qaldırılmasına və media ilə bağlı fundamental qanunvericilik təşəbbüslərinə diqqət çəkib: «Bütün bunlara görədir ki, jurnalistlər hər zaman Heydər Əliyevi özlərinə dost biliblər. O da qələm sahiblərinə daim dost münasibəti ilə yanaşıb». Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli ulu öndər Heydər Əliyevin əsl millət fədafisi olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik illərində millət üçün çalışmaq əzmini ortaya qoymuşdu. Burada söhbət yalnız idarəçilikdən deyil, eyni zamanda xalqı xilas etməkdən gedir. Heydər Əliyev əməli addımları ilə xalqın milli mənlik şüurunun qorunmasına çalışırdı. Bu zaman medianın roluna əsaslanırdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, Heydər Əliyev 15 iyunda hakimiyyətə qayıdışı ilə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı bürümüş xaosa son qoydu. Bu, müstəqil dövlətçilik mərhələsinin başlanğıcı idi. Lakin həmin illərdə dövlətçiliyə qəsdlər də olurdu. Ulu öndər bu kimi təhlükəli meyllərin qarşısına həm də mediaya güvənərək çıxırdı. O, hara gedirdisə, jurnalistlərlə hərəkət edirdi. Hazırda dövlətin media siyasətinin xüsusiyyətlərindən bəhs edən V.Səfərli bu təməlin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə zənginləşdiyini vurğulayıb.
Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb like
  • 14 İyn 16:49  
Kriminal Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsas

arrow Ətraflı
Qəbələdə 8 subartezian quyusu qazılıb like
  • 14 İyn 16:45  
Digərləri Qəbələdə 8 subartezian quyusu qazılıb

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əh

arrow Ətraflı
Masallıda 6 otaqlı ev yanıb like
  • 14 İyn 16:44  
Digərləri Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb.

arrow Ətraflı
Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı like
  • 14 İyn 16:41  
Digərləri Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızın

arrow Ətraflı
Əkin sahəsində qanlı dava like
  • 14 İyn 16:39  
Kriminal Əkin sahəsində qanlı dava

Biləsuvar rayonunda cinayəti törətməkdə ittiham olunan 1978-ci il təvəll

arrow Ətraflı
Bu universitetdə saathesabı əməkhaqqı məbləğləri artırıldı like
  • 14 İyn 16:38  
Digərləri Bu universitetdə saathesabı əməkhaqqı məbləğləri artırıldı

professor-müəllim heyətinin saathesabı əməkhaqqı məbləğləri artırıl

arrow Ətraflı
Barcelona Reşforddan müvəqqəti imtina etdi like
  • 14 İyn 16:37  
İdman Barcelona Reşforddan müvəqqəti imtina etdi

Barcelona Manchester United-in hücumçusu Markus Re

arrow Ətraflı
Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı like
  • 14 İyn 16:34  
Digərləri Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı like
  • 14 İyn 16:32  
Digərləri Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızın

arrow Ətraflı
Ölkədə bu sahədə çalışanlar daha çox əməkhaqqı alır like
  • 14 İyn 16:29  
Digərləri Ölkədə bu sahədə çalışanlar daha çox əməkhaqqı alır

2019-cu il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Zaur o qədər içdi ki, ayağa qalxa bilmədi like
  • 14 İyn 16:24  
Şou-biznes Zaur o qədər içdi ki, ayağa qalxa bilmədi

Zaur Kamal aparıcısı olduğu proqramda ötən ilin sonunda Türkiyədə müğ

arrow Ətraflı
Gələn həftə iki ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək like
  • 14 İyn 16:21  
Digərləri Gələn həftə iki ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

İyunun 23-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahan

arrow Ətraflı
Xalqımızın xilaskarı like
  • 14 İyn 16:19  
Siyasət Xalqımızın xilaskarı

Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyind

arrow Ətraflı