Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb


Kriminal 14 İyn 2019 16:49:00 189 0

Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi "Mercedes" markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto