Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı


Digərləri 14 İyn 2019 16:34:00 224 0

Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd sakini Şahid Salmanova məxsus buğda sahəsində baş vermiş yanğın qısa müddətdə güclənib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər sahələrə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində Ş.Salmanova məxsus taxıl sahəsinin 2,5 hektarı yanıb.