Barcelona Reşforddan müvəqqəti imtina etdi


İdman 14 İyn 2019 16:37:00 227 0

Barcelona Reşforddan müvəqqəti imtina etdi

Barcelona Manchester United-in hücumçusu Markus Reşfordun transferindən imtina edib.

Goal.az-ın məlumatına görə, daha doğrusu, Kataloniya klubu gənc forvardı bu yay almaq fikrindən daşınıb.

İspanlar onu gələn mövsümün sonunda heyətinə qatmaq niyyətindədir. Bununla bağlı futbolçu özü də məlumatlandırılıb. Manchester United isə Reşforda yeni 1 illik müqavilə təklif edib. İngiltərə millisinin üzvü razılıq verərsə, klub gələn mövsümün sonunda onun gedişinə müsbət cavab verəcək. İngilislər bu yolla oyunçusunun keçidindən gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Markus Reşfordun Manchester United-lə müqavilə müddəti gələn ilin yayına qədərdir.