Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı


Digərləri 14 İyn 2019 16:32:00 199 0

Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı məlumat yayıb. Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, iyunun 14-də paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar etmələri faktı üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.