Zaur o qədər içdi ki, ayağa qalxa bilmədi


Şou-biznes 14 İyn 2019 16:24:00 214 0

Zaur o qədər içdi ki, ayağa qalxa bilmədi

Zaur Kamal aparıcısı olduğu proqramda ötən ilin sonunda Türkiyədə müğənni Günel Zeynalovanın evində qonaq olarkən başına gələn bir hadisəni danışıb.

Son.az xəbər verir ki, aparıcı verilişdə qonaq olan müğənniyə gülərək "Sən məni otelə necə göndərdin. Səhər divardan tuta-tuta oyanmışam. Qabaqda oturmuşdum taksidə. Operatora deyirəm ki, taksinin pulunu verdik, ya yox? O yaddan çıxmışdı. Başım yastıqdan qalxmırdı" deyib.

Günel aparıcının açıqlamasına "Mən Zauru evdə nərdivanlardan iməkləyəndə gördüm, ondan sonra görmədim. Yeni il zamanı idi" sözləri ilə reaksiya verib.


Xəbərə aid foto