Türkiyədə sərnişin təyyarəsi batıb - Əslində isə... (FOTO)


Digərləri 14 İyn 2019 16:14:00 200 0

Türkiyədə sərnişin təyyarəsi batıb - Əslində isə... (FOTO)

Türkiyənin Ədirnə sahillərində İbricə limanı yaxınlığında "Airbus A330" sərnişin təyyarəsi batıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Ədirnə sahillərində İbricə limanı yaxınlığında "Airbus A330" sərnişin təyyarəsi batıb. Trend-in məlumatına görə, hadisə heç də qəza nəticəsində olmayıb. Belə ki, təyyarə vilayətin sahil mühafizə xidməti tərəfindən sualtı turizmin inkişaf etdiriliməsi məqsədilə bilərəkdən batırılıb. Təyyarənin batırıldığı ərazidə suyun dərinliyinin 30 metr olduğu qeyd edilir.