Bu da 2019cu ilin sonuncu zəngi...


Digərləri 14 İyn 2019 16:09:00 267 0

Bu da 2019cu ilin sonuncu zəngi...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 2018/2019-cu dərs ili başa çatır.

Son.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə olub, həmin təhsil ocağının məzunlarının "Son zəng"ini izləyib. 

Qeyd edək ki, cari tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.