İmişli Rayon Təhsil Şöbəsi direktorun şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumata münasibət bildirdi


Digərləri 14 İyn 2019 16:08:00 236 0

İmişli Rayon Təhsil Şöbəsi direktorun şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumata münasibət bildirdi

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Bakı. İlhamə İsabalayeva - İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil. Bu barədə Trend-ə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".