Azərbaycanda bu rayonun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək


Digərləri 14 İyn 2019 15:38:11 208 0

Azərbaycanda bu rayonun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək

Azərbaycanın Gədəbəy rayonunun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək və orada QİÇS xəstəliyi ilə bağlı məlumatlandırma işləri aparılacaq

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın Gədəbəy rayonunun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək və orada QİÇS xəstəliyi ilə bağlı məlumatlandırma işləri aparılacaq Bunu Trend-ə "Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdiyeva deyib. Onun sözlərinə görə, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyət etibarilə İİV infeksiyasının son mərhələsidir. V.Abdiyeva qeyd edib ki, QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. Buna görə də insanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var: